Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Avropa Şurası nazirliklə birgə seminar keçirib
16.09.11 17:53

Avropa Şurasının (AŞ) Sosial Birlik üzrə Baş Direktorluğu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əlilliyi olan insanların hüquqlarının və cəmiyyətdə iştirakının təşviq edilməsi üzrə Fəaliyyət Planı”nın (2006-2015-ci illər) həyata keçirilməsi” mövzusunda birgə seminar keçirib.Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, seminarda əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov, AŞ-nin Sosial Birlik üzrə Baş Direktorluğunun nümayəndələri, Milli Məclisin üzvləri, ayrı-ayrı hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər. Tədbirdə məqsəd əlilliyi olan insanların sosial müdafiəsi, hüquqlarının təkmilləşdirilməsi və etibarlı müdafiəsi, həmin şəxslərin cəmiyyətə fəal inteqrasiyası istiqamətində beynəlxalq təcrübədən istifadə olunmaqla görülən işləri, qarşıda duran vəzifələri müzakirə etməkdən ibarətdir. AŞ ekspertlərinin bu sahədə ölkəmizə dəstəyinin nəzərdən keciriləcəyi seminar “Əlilliyi olan insanların hüquqlarının və cəmiyyətdə iştirakının təşviq edilməsi üzrə Fəaliyyət Planı”nın (2006-2015-ci illər) ölkəmizdə icrası ilə bağlı təbliğat xarakteri daşıyır. Tədbirin təşkili əlilliyi olan insanların hüquqlarının qorunması, mövcud imkanların düzgün qiymətləndirilərək reallaşdırılması üçün şəraitin yaradılması və beləliklə, onların cəmiyyətin bərabərhüquqlu üzvləri kimi dolğun həyat şəraitinə malik olması üçün səmərəli sosial reabilitasiya üsullarının tətbiqi məqsədilə birgə səylərin artırılmasına xidmət edir.
URL / WWW
http://kelam.az/article/a-4579.html