Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Fazil Mustafa: “Keçmiş məhkumların işlə təmin olunmasında ciddi problemlər özəl sektorda yaranır”
17.09.11 03:53

Azadlığa çıxmış keçmiş məhkumların işlə təmin olunmasında ciddi problemlər əsasən özəl sektorda yaranır. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa bildirib. O qeyd edib ki, bu məsələ ilə bağlı Azərbaycanda kifayət qədər qanunvericilik bazası formalaşsa da, bu ancaq dövlət müəssisələrində öz əksini tapır. “Ölkədə özəl sektorun sürətlə inkişafını nəzərə alsaq, bu problem də daha çox özəl müəssisələrdə ortaya çıxır. Çünki heç kim özəl sektoru kimi işə götürüb-götürməməyi ilə bağlı məcbur edə bilməz” - deyə F.Mustafa vurğulayıb. Millət vəkilinin sözlərinə görə, keçmiş məhkumların işlə və ehtiyac olduğu halda sığınacaqla təmin olunması üçün qanunvericilikdə kifayət qədər imkan var. “Lakin bütün keçmiş məhkumların azadlığa çıxdıqdan sonra tam olaraq işlə təmin olunması, onların cəmiyyətə tam olaraq inteqrasiya olunması üçün işlək bir mexanizm lazımdır. Bu hələ bizdə mövcud deyil” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4578.html