Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » SAM-ın əməkdaşı Corc Marşal Mərkəzində tədqiqat aparacaq
17.09.11 03:53

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi Zaur Şiriyev sentyabr-dekabr aylarında Corc Marşal adına Avropa Təhlükəsizlik Araşdırmalar Mərkəzi tərəfindən Ali Təhlükəsizlik Proqramında iştirakla bağlı dəvət alıb. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, Z.Şiriyev Corc Marşal Mərkəzində təhlükəsizlik mövzusunda tədqiqatlar aparacaq. Proqram çərçivəsində regional və beynəlxalq təhlükəsizlik sahəsində Avropa və Amerikanın aparıcı elm adamlarının məruzələri, ABŞ-a təcrübə səfəri nəzərdə tutulub. Proqramın sonunda iştirakçıların təhlükəsizlik mövzusunda təqdimatlarının keçirilməsi planlaşdırılıb. Qeyd edək ki, Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzi ABŞ-ın və Almaniya Müdafiə Nazirliklərinin təhlükəsizlik və müdafiə tədqiqatları sahəsində unikal institutdur. 1993-ci ildən etibarən Mərkəz sülh, təhlükəsizlik sahəsində Şimali Amerika, Avropa və Avrasiya arasında əməkdaşlığın təşviqi və xüsusilə müdafiə sahəsində, demokratik institutlarla bağlı tədqiqatları və sabit təhlükəsizlik mühitinin gücləndirilməsi missiyasını yerinə yetirir.
URL / WWW
http://kelam.az/article/a-4577.html