Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda dünya ölkələri üçün 2020-ci ilədək dövrü əhatə edən sağlamlıq proqramı müzakirə edilib
16.09.11 17:53

Bakıda dünya ölkələri üçün 2020-ci ilədək dövrü əhatə edən sağlamlıq proqramının müzakirəsi aparılıb. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Marqaret Çan bildirib. O, qeyd edib ki, bu təşəbbüs bu günlərdə Bakıda keçirilən ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyası ərəfəsində ortaya çıxıb və ölkələr tərəfindən müsbət qarşılanıb. “Bu məsələ bütün ölkələr üçün vacibdir. Çünki bu gün istər münaqişə ocaqlarında, istər təbii fəlakətlər zonasında, istərsə də infeksion xəstəliklərin geniş yayıldığı ərazidə insanların sağlamlığı kütləvi olaraq risk altındadır. Hesab edirəm belə bir proqramın qəbul olunması bizə çox kömək edəcək”,-deyə ÜST-nin baş direktoru vurğulayıb. Onun sözlərinə görə, proqramla bağlı müzakirələrdə Belçika, Bosniya və Herseqovina, Danimarka, Yunanıstan, Malta, Türkiyə, Azərbaycan, Böyük Britaniya və Avropa Regional Komitəsinin əməkdaşları iştirak ediblər. “Proqram bizim tərəfdən hazırlanacaq. Bununla bağlı iştirak edən ölkələrin səhiyyə nazirləri ölkələrində səhiyyənin inkişaf və problemləri barədə məlumat da veriblər”,-deyə o, əlavə edib. Qeyd edə ki, ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyası 12-15 sentyabr tarixlərində Bakıda keçirildi.
URL / WWW
http://kelam.az/article/a-4576.html