Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » QAT: “Həmsədr ölkələrin prezidentləri qeyri-müəyyənliyə son qoymalıdır”
17.09.11 03:53

Qarabağ Azadlıq Təşkilatı BMT Baş Assambleyasında Dağlıq Qarabağ məsələsinin gözlənilən müzakirəsi ilə bağlı BMT baş katibi və Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinə müraciət edib. “KƏLAMİNFO” xəbər verir ki, həmin müraciəti sabiq baş nazir Rəhim Hüseynov, Milli Məclisin sabiq spikeri Yaqub Məmmədov, sabiq dövlət katibi Midhət Abbasov və təşkilatın digər səlahiyyətli üzvləri imzalayıblar. Müraciətdə Qarabağ münaqişəsinin nizama salınması istiqamətində beynəlxalq səylərin gücləndirilməsi, torpaqların işğaldan azad edilməsi üçün artıq konkret addımların atılması öz əksini tapıb. Sənəddə, həmçinin “Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentləri münaqişənin nizama salınmasına öz paylarını verməli, qeyri-müəyyənliyə son qoymalıdır” – deyə qeyd olunub.
URL / WWW
http://kelam.az/article/a-4575.html