Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycan cizgi filmi mükafatına layiq görülüb
15.09.11 20:31

Cizgi filmləri ustalarımız beynəlxalq festivalda böyük uğur qazanıb. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazirliyin sifarişi ilə “Mozalan” studiyasında çəkilmiş “Təmiz, natəmiz və biz” cizgi filmi XVI “Qızıl balıq” Beynəlxalq Cizgi Filmləri Festivalının səkkiz ölkə nümayəndələrindən ibarət münsiflər heyətinin “Yüksək peşəkarlığa görə” mükafatına layiq görülüb. Azərbaycan cizgi filminin tarixinə uğur gətirən filmin ssenari müəllifi Gülşən Tofiq qızı, rejissoru Firəngiz Qurbanova, animatorları Zemfira və Cavid Əhədovlar, bəstəkarı Firudin Allahverdidir. Qeyd edək ki, “Qızıl balığ”ın bu ilki proqramında 80-ə yaxın film iştirak edib.
URL / WWW
http://kelam.az/article/a-4572.html