Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bu gün Rəşid Behbudovun doğum günüdür
14.12.09 17:17

Bu gün Azərbaycanın görkəmli sənətkarı Rəşid Behbudovun doğum günüdür. O, 14 dekabr 1915-ci ildə anadan olub. KƏLAMİNFO xəbər verir ki, özünəməxsus səsi, yüksək ifaçılıq istedadı ilə bütün dünyada şöhrət qazanan Rəşid Behbudov “Arşın mal alan” bədii filmindəki Əsgər rolundan sonra daha çox məşhurluq qazanıb. Bundan başqa sənətkar “Bəxtiyar” filmində də baş rolda çıxış edib. 1966-cı ildə R.Behbudov Dövlət Mahnı Teatrını təsis edir və son günə qədər onun direktoru olur. R.Behbudov İran, İraq, Efiopiya, Çin, Albaniya, Çili, Argentina və s. ölkələrdə konsert proqramları ilə çıxış edərək Azərbaycanı dünyaya tanıdıb.
URL / WWW
http://kelam.az/article/a-457.html