Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Qəddafi BMT Təhlükəsizlik Şurasına müraciət etdi
15.09.11 20:31

Liviyanın devrilmiş lideri Müəmmar Qəddafi BMT Təhlükəsizlik Şurasına müraciət edərək ona sadiq qüvvələrin nəzarət etdiyi Şiirt şəhərini NATO qoşunlarından qorumağa çağırıb. «KƏLAMİNFO» «Reuters»ə istinadən xəbər verir ki, Suriyanın «Arrai» telekanalı ilə efirə gedən məktubunda Qəddafi bildirib ki, NATO şəhərdə və onun kənarlarında baş verən terrorizm və dağıntılara görə məsuliyyət daşıyır. O, dünya ictimaiyyətini şəhər sakinlərini tək buraxmamağa və cinayətlərə son qoymaqda yardımçı olmağa çağırıb. Yayılan məlumatlara görə, Milli Keçid hökuməti Qəddafi tərəfdarlarını şəhər ətrafında tanklardan sədd qurmaqda və bununla da yerli sakinləri şəhərdən çıxmağa imkan verməməkdə günahlandırıb. Polkovnikin əleyhdarlarının sözlərinə görə, Qəddafi tərəfdarları əhalini inandırmağa çalışır ki, yeni hökumət terrorçulardan və islamçılardan ibarət olacaq.
URL / WWW
http://kelam.az/article/a-4569.html