Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Obama amerikalıları yenidən səsləndi
16.09.11 02:31

ABŞ prezidenti Barak Obama Şimali Karolina ştatında yeni iş yerlərinin açılması və iqtisadiyyatın canlandırılmasına dair təklifinin təsdiqi çağırışı ilə qanunvericilərə müraciət edib. «KƏLAMİNFO» «Röyters»ə istinadən xəbər verir ki, çağırış Amerikada son 17 ildə yoxsulluq göstəricilərinin artdığı bir vaxta təsadüf edir. Amerika xalqına üz tutan Obama 447 milyard dollarlıq planına dəstək əldə etməyə çalışıb. ABŞ dövlət başçısı deyib ki, planda yeni iş yerləri açan şirkətlərə vergi ixtisarı kimi imtiyazlar verilir. Barak Obama amerikalıları Konqresə təzyiq göstərib, Amerikanın İş Aktı adlanan sənədin təsdiqinə çağırmağa səsləyib. O deyib ki, Konqres sənədi təsdiq etməsə, orta sinif amerikalıların vəziyyəti ağırlaşacaq. Prezident sənədin gəncləri müəllimlik, mühəndislik və inşaatçılıq kimi işlərlə təmin edəcəyini bildirib. Amerikada işsizlik səviyyəsi 9.1 faiz təşkil edir. 14 milyon insan işdən kənarlaşdırılıb, milyonlarla insan yarımştat işlərdə çalışır.
URL / WWW
http://kelam.az/article/a-4568.html