Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycan və Litva arasında yeni saziş imzalanıb
16.09.11 02:31

Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə səfərdə olan Litvanın naziri Raimondas Şukys ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Görüşdə Azərbaycan Səhiyyə Nazirliyi ilə Litva Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində birgə əməkdaşlığa dair saziş imzalanıb. Səhiyyə sahəsinin bir çox aspektlərinin özündə əks etdirən bu saziş hər iki ölkə üçün çox əhəmiyyətli bir addım kimi qəbul edilib. Sənəddə ölkələr arasında səhiyyə və tibb elmi sahəsində əlaqələrin inkişaf etdirilməsi və gücləndirilməsinin zəruriliyini nəzərə alaraq, öz səlahiyyətləri daxilində bir çox məsələlərin həyata keçirilməsi planlaşdırılır. Burda səhiyyə sahəsinə dair bir çox məsələlər, o cümlədən səhiyyə və tibb elmi sahəsində məlumat və ekspert mübadiləsi, həyata keçirilmiş səhiyyə islahatları, tibbi sığorta, ictimai səhiyyə və əczaçılıq sahələrində təcrübə mübadiləsi, həmçinin tibb mütəxəssisləri, həkim və tibb bacıları üçün nəzəri və praktiki təlimlər və ixtisasartırma kurslarının (mühazirəçi və ekspert qrupu mübadiləsi daxil olmaqla) birgə təşkili, müalicə metodları və standartlarının tətbiqi sahəsində təcrübə mübadiləsi, ali tibbi təhsil müəssisələri, tibb mərkəzləri, tibbi müalicə müəssisələri və digər əlaqədar idarələr arasında birbaşa əlaqənin saxlanması, müasir tibb avadanlıqları və yeniliklərə dair məlumat mübadiləsi, səhiyyə və tibb elminin müxtəlif sahələrində müştərək ikitərəfli əməkdaşlıq layihələrinin hazırlanması kimi önəmli məsələlər əksini tapıb.
URL / WWW
http://kelam.az/article/a-4565.html