Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq: “Türkiyə və İsrail heç vaxt Azərbaycandan konkret mövqe tələb etməz”
15.09.11 20:31

“Bəzi mütəxəssislərin iddialarına baxmayaraq düşünmürəm ki, Türkiyə və İsrail öz münasibətlərində Azərbaycandan hansısa konkret mövqe tələb etsinlər”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib. Politoloqun fikrincə, istənilən halda bu dövlətlər öz aralarında olan problemə görə Bakıya qarşı heç bir irad tuta bilməzlər. “Biz sadəcə BMT-nin Təhlükəsizlik Şurasında qəbul olunan qətnaməni dəstəkləməliyik”,-deyə F.Sadıxov vurğulayıb. Ekspert deyib ki, Azərbaycan dünya birliyi tərəfindən qəbul olunmuş qərarları dəstəkləyir və BMT-nin Təhlükəsizlik Şurasının qərarı varsa, təbii ki, biz bunu müdafiə etməliyik. “Bizim mövqeyimiz müəyyən mənada bu qətnamə ilə üst-üstə düşməlidir. Amma təbii ki, bizim Türkiyə ilə müttəfiqliyimiz var, qardaş ölkədir. Türkiyə bütün məsələlərdə bizi dəstəkləyir. Bütün məsələlərdə Türkiyə ilə Azərbaycanın mövqeyi üst-üstə düşür. İsrail də bizə yaxın ölkədir. İsraillə bizim strateji partnyorluq münasibətlərimiz var. Bizi daha çox narahat edən bu ölkələr arasında münasibətlərin pisləşməsidir. Çünki nəticə etibarı ilə biz çox mürəkkəb bir vəziyyətə düşürük”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4563.html