Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Millət vəkili: “Nikolo Sarkozinin Azərbaycan səfərinə heç də adi yanaşmaq olmaz”
15.09.11 20:31

“Fransa Prezidenti Nikolo Sarkozinin Azərbaycan səfərinə heç də adi yanaşmaq olmaz. Nəzərə alsaq ki, uzun fasilədən sonra Fransa prezidenti məhz Dağlıq Qarabağla bağlı danışıqların mürəkkəbləşdiyi bir dövrdə regiona səfər edir, o zaman şübhəsiz ki, bunun hansısa nəticələri özünü göstərəcək”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində millət vəkili Musa Qasımlı bildirib.O qeyd edib ki, məhz Abxaziya ilə bağlı da vəziyyətin mürəkkəbləşdiyi dövrdə Fransa Prezidenti məsələyə daha aktiv müdaxilə etdi və gərginliyin dərinləşməsinin qarşısı alındı. “Bundan başqa unutmaq lazım deyil ki, Fransanın da daimi üzv olduğu BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana təcavüzünə, Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad edilməsinə dair dörd qətnamə qəbul edib. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təsdiqlənir və müdafiə edilir”,-deyə ekspert vurğulayıb. M.Qasımlı deyib ki, eyni zamanda, Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və istənilən halda həmsədrlər, vasitəçilər tərəfsiz olmalıdır. “Onlara verilən mandat çərçivəsində hərəkət etməlidirlər. Güman edirəm ki, N.Sarkozi öz səfərində bu prinsiplərə riayət etmiş olacaq”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4562.html