Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Səfir: Azərbaycan və Türkiyə dostluğu heç zaman sarsılmayacaq
15.09.11 20:31

Bu gün Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və diplomatik korpusun bir qrup nümayəndəsi 1918-ci il sentyabr ayının 15-də işğal altında olan Bakının Azərbaycan Demokratik Respublikasının milli ordusu və Nuri Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin ildönümü ilə bağlı Şəhidlər Xiyabanında olub. “KƏLAMİNFO” xəbər verir ki, ziyarətdə Şeyxülislam Hacı Allahşükür Paşazadə, millət vəkilləri Sabir Rüstəmxanlı və Qənirə Paşayeva iştirak edib. Xatirə kitabına ürək sözlərinin yazan səfir H.Kılıç jurnalistlərə bugünkü tarixlə bağlı qısa məlumat verib. Səfir qeyd edib ki, bugünkü gün Azərbaycan və Türkiyə üçün bayramdır. İki dövlət arasında qardaşlıq və dostluq münasibətlərinin mövcudluğunu bir daha vurğulayan səfir bu yaxın əlaqələrin heç zaman sarsımayacağını qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-4560.html