Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Xarici İşlər Nazirliyi bəyanat yayıb
15.09.11 20:31

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində bu il sentyabrın 18-də “yerli özünüidarəetmə orqanlarına” “seçkilər” keçirilməsi ilə bağlı bəyanat yayıb. XİN-in mətbuat xidmətindən ‘KƏLAMİNFO”ya verilən məlumata görə, Ermənistanın kütləvi informasiya vasitələrində yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində bu il sentyabrın 18-də “yerli özünü idarəetmə orqanlarına” “seçkilər” keçirmək nəzərdə tutulub. Xarici İşlər Nazirliyi bir daha bəyan edir ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejim Ermənistan Respublikası tərəfindən bölgənin azərbaycanlı icmasına qarşı etnik təmizləmə siyasəti nəticəsində yaradılmış qanunsuz strukturdur. Qondarma seçkilər Ermənistanın işğalçı siyasətini ört-basdır etmək və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalının nəticələrini möhkəmləndirmək məqsədilə təşkil edilir.Azərbaycan Ermənistan tərəfini heç bir perspektiv vəd etməyən qanunsuz destruktiv addımlarını dayandırmağa və bunun əvəzində münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə davamlı nizama salınması üçün danışıqlar prosesində xoş niyyət və konstruktiv mövqe nümayiş etdirməyə çağırır.
URL / WWW
http://kelam.az/article/a-4559.html