Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan daha bir mühüm tədbirə ev sahibliyi edəcək
15.09.11 22:27

AVRONEST Parlament Assambleyasının növbəti sessiyası 2012-ci ilin mayında Bakıda keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin sədri Elxan Süleymanov verib. E.Süleymanov bildirib ki, bununla bağlı AVRONEST PA-nın Strasburqda keçirilən ilk sessiyasında qərar qəbul edilib: “Hesab edirəm ki, bu qərar Azərbaycan nümayəndə heyətinin əldə etdiyi siyasi uğurdur”. E.Süleymanov əlavə edib ki, AVRONEST PA-nın Sosial komitənin iclasının 2012-ci ilin fevral ayında Ermənistanda keçirilməsi haqqında da qərar qəbul edilib. AVRONEST PA-da qəbul edilən qərarlardan bəhs edən E.Süleymanov bildirib ki, sessiyada nümayəndə heyəti Azərbaycanın maraqlarına cavab verən qərarların qəbul edilməsinə nail olub, ölkəmizin mövqelərinin zəiflədilməsi istiqamətində Ermənistan tərəfinin düzəlişlərinin qarşısı alınıb: “Odur ki, Azərbaycan nümayəndə heyətinin fəaliyyətini yüksək qiymətləndirirəm”.
URL / WWW
http://kelam.az/article/a-4557.html