Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » MDB-yə üzv ölkələrin prokurorlarının Koordinasiya Şurasının iclası ildə iki dəfə keçiriləcək
15.09.11 20:27

Belarusun paytaxtı Minsk şəhərində MDB-yə üzv ölkələrin prokurorlarının Koordinasiya Şurasının iclası keçirilib. “KƏLAMİNFO” Rusiyanın Baş Prokurorluğunun rəsmi məlumatına istinadən xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Rusiya Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Ermənistanın Baş Prokurorluqlarının rəsmiləri iştirak edib. İclasda qərara gəlinib ki, MDB-yə üzv ölkələrin prokurorlarının Koordinasiya Şurasının iclası reqlamentdə nəzərdə tutulduğu kimi ildə bir dəfə deyil, iki dəfə keçirilsin. Bir sıra məsələlərin müzakirə olunduğu iclasın sonunda Şuraya sədr seçilməsi ilə bağlı səsvermə olub. Beləliklə, Şuranın əvvəlki sədri, Rusiyanın baş prokuroru Yuri Çayka yekdilliklə sədr seçilib. Növbəti iclasın isə gələn ilin may ayında Rusiyada keçirilməsi qərara alınıb.
URL / WWW
http://kelam.az/article/a-4556.html