Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev noyabrda Türkiyəyə səfər edəcək
16.09.11 02:27

Prezident İlham Əliyev noyabr ayında Türkiyəyə səfər edəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc deyib. Onun sözlərinə görə, noyabrın 15-də Türkiyədə keçiriləcək Strateji Tərəfdaşlıq Şurasının toplantısına İlham Əliyev də qatılacaq. “Toplantıda iki ölkə arasında əməkdaşlığın bütün istiqamətləri müzakirə olunacaq” - deyə səfir qeyd edib. Səfir H.Kılıc, həmçinin Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun Türkiyəyə səfərinin dəqiq tarixinin gələn həftə bəlli olacağını deyib. Onun sözlərinə görə, O.Əsədovun səfərindən sonra Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Azərbaycana gələcək.
URL / WWW
http://kelam.az/article/a-4554.html