Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Mərkəzi Elmi Kitabxana 73 dövlətin 1000-ə yaxın təşkilatı ilə əməkdaşlıq edir
14.09.11 20:21

Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Çexiya Milli Kitabxanasının direktoru Tomaş Bem və Çexiya Milli Muzeyinin direktoru Mixal Lukeşlə görüş keçirilib. AMEA-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə MEK-lə Çexiya Milli Kitabxanası və Çexiya Milli Muzeyi arasında ikitərəfli qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və inkişafı məsələləri müzakirəsi olunub. MEK-in direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli qonaqlara kitabxananın yaranma tarixi barədə ətraflı məlumat verib. Hazırda kitabxananın 73 dövlətin 1000-ə yaxın təşkilatları ilə əməkdaşlıq etdiyini söyləyən A. Kəngərli Çexiyanın 11 təşkilatı ilə əlaqə saxladığını bildirib: “Bu əlaqələr nəticəsində AMEA-nın alim və mütəxəssisləri Çexiya Respublikasının elmi tərəqqisi, nailiyyətləri ilə daima yaxından tanış olur, alınan ədəbiyyatdan öz elmi tədqiqatlarında səmərəli istifadə edirlər”. T.Bem və M.Lukeş kitabxananın rəhbərliyinə və kollektivinə minnətdarlıqlarını bildiriblər, gələcəkdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsini arzulayıblar. Sonda qonaqlar kitabxana və onun şöbələri, qiraət zallarının fəaliyyəti ilə tanış olublar. Azərbaycan-Çexiya elmi-mədəni əlaqələrinə həsr olunan geniş ədəbiyyat sərgisi və Azərbaycanın Çexiya ilə hərtərəfli əlaqələrini əks etdirən video-slayd nümayiş etdirilib.
URL / WWW
http://kelam.az/article/a-4553.html