Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ üçün ən ciddi terror təhlükəsini Ərəbistan yarımadasında “Əl-Qaidə” törədir
14.09.11 20:21

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Devid Petreus bəyan edib ki, Birləşmiş Ştatlar üçün ən ciddi terror təhlükəsini hazırda Ərəbistan yarımadasında “Əl-Qaidə” qrupu təşkil edir. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, Petreus 2001-ci il 11 sentyabr hücumlarından 10 il sonra ABŞ-ın əks-terror səylərinin qiymətləndirilməsinə dair bu gün Konqresdə keçirilən dinləmələrdə danışıb. O deyib ki, «Əl-Qaidə»nin Cənubi Asiyada bazası zəifləsə də, təşkilatın başqa yerlərdə, xüsusilə də Ərəbistan yarımadasında fəaliyyət göstərən qolu güclənib və indi özü hücumlar həyata keçirmək qabiliyyətinə malikdir. O qeyd edib ki, Ərəbistan yarımadasında “Əl-Qaidə” son iki ildə ABŞ-a qarşı iki dəfə qeyri-müvəffəq hücum cəhdi edib. Dinləmələrdə iştirak edən FTB-nin direktoru Robert Müller isə deyib ki, Ərəbistan yarımadasında “Əl-Qaidə”yə əlavə olaraq yerli ekstremist qruplar da ABŞ-ın təhlükəsizliyinə ciddi təhlükə törədir.
URL / WWW
http://kelam.az/article/a-4549.html