Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Oqtay Şirəliyəv bir sıra ölkələrin nümayəndələri ilə danışıqlar aparıb
15.09.11 02:21

Sentyabrın 12-15- tarixlərində Bakıda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bir sıra ikitərəfli görüşlər keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Bunlar arasında Türkiyənin səhiyyə naziri Rəcəb Akdağın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüşdə bir çox məsələlərə toxunulub. O.Şirəliyev Türkiyə səhiyyə sektorunda görülən coxşaxəli işlərdən, əldə olunan nailiyyətlərdən, dost ölkədə səhiyyə təşkilatçılığı baxımından uğurlu layihələrə imza atmalarından bəhs edib. R.Akdağın Azərbaycan səhiyyəsinə xüsusi önəm verdiyini deyən Oqtay Şierəliyev kadr hazırlığı, Türkiyənin tanınmış universitetlərində keçirilən uzmanlıq kurslarından, ölkəmizdə tibb elminin inkişafı baxımından Azərbaycan səhiyyəsinə böyük dəstək olduğuna görə, R.Akdağa təşəkkürünü bildirib. Görüş əsnasında türkiyəli nazir ölkəsində son illər ərzində əldə etdikləri nailiyyətlərdən danışaraq bu təcrübənin Azərbaycanla paylaşmanın tərəfdaşı olduğunu söyləyib. Bunun üçün azərbaycanlı müdavimlərə istər Bakıda istərsə də Türkiyədə master-klassların keçirilməsini təklif edib. Nazir son illər ərzində Türkiyə səhiyyəsinə Avropa ölkələrinin də diqqətinin artığını, bu ölkələrdən müalicə almaq üçün Türkiyəyə üz tutan xəstələrin sayının artması faktını qeyd edib. Son 5 il ərzində Azərbaycan səhiyyəsində də böyük uğurların əldə olunduğunu bildirən R.Akdağ ölkə başçısının bu sahəyə verdiyi diqqət və qayğını xüsusi vurğulayıb. Görüşdə bir çox məsələlər müzakirə olunub. Türkiyədə özəl sektorun inkişafı, yoluxucu xəstəliklərlə mübarizə planın tətbiqi, xəstəxanalarda qurulmuş iş prinsipi və Türkiyədə 2016-cı ilə kimi səhiyyə sahəsində nəzərdə tutulmuş planları bölüşən Rəcəb Akdağ sıx əməkdaşlıq edən qardaş ölkələrin münasibətlərini bir az da yeniləmək , daha da genişləndirmək təklifini irəli sürüb. O.Şirəliyev keçirdiyi ikitərəfli görüşlər əsnasında Estoniya nümayəndə heyətinin rəhbəri, sosial işlər naziri Hanno Revkuru, Malta nümayəndə heyətinin rəhbəri, yaşlı insanlar və əhaliyə xidmət naziri doktor Joseph R.Cassarı, Sloveniya nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri doktor Dorijan Marişici və Bosniya- Hersoqovina nümayəndə heyətinin rəhbəri, milli işlər naziri Sredoje Mülni ilə görüşlər keçirib.
URL / WWW
http://kelam.az/article/a-4547.html