Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ermənistan Gürcüstan torpaqlarını ələ keçirir
14.09.11 20:21

Gürcüstanda dərc edilən «Kviris palitra» qəzeti sərhəd zonasında onlara məxsus torpaq sahələrinin Ermənistan tərəfindən ələ keçirildiyini yazıb. «KƏLAMİNFO» nəşrə istinadən yaydığı məlumatda göstərib ki, qəzet sərhəd ərazidəki Azərbaycan kəndləri - Sadaxlı, Burma və Təzəkənd sakinlərinin məktubunu dərc edib. Orada göstərilib ki, onlar silahlı erməni sərhədçilərinin qarşısında tam şəkildə müdafiəsiz qalıblar: «Onlar bizim hüquqları pozur, ev heyvanlarını oğurlayır, meşəni, otlaq yerlərini əlimizdən alıblar. Kənd təsərrüfatı üçün yararlı yerlər isə günbəgün azalır və Ermənistanın sərhədi ölkənin dərinliklərinə doğru irəliləyir». Ermənistana artıq 20 hektar ərazi keçib və onlar digər yerləri də ələ keçirmək istəyirlər. Yerli azərbaycanlıların qəzetə verdiyi məlumata görə, problemlər 2008-ci ildə başlayıb. O zaman erməni sərhədçiləri 1975-ci il xəritəsini gətirərək bildiriblər ki, bu torpaqlar Ermənistana məxsusdur.
URL / WWW
http://kelam.az/article/a-4546.html