Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Abbasov Çinə gedib
15.09.11 02:21

Bu gün Çin Xalq Respublikasının (ÇXR) Dalyan şəhərində Dünya İqtisadi Forumunun 5-ci illik iclası (“Yay Davosu”) işə başlayıb. İclasda Azərbaycanı təmsil etmək üçün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti artıq Çinə yola düşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat katibi Müşfiq Əmirov verib. Tədbirdə 100-ə yaxın ölkədən dövlət və hökumət başçıları, regional təşkilatların və iri şirkətlərin rəhbərləri iştirak edir. Forum çərçivəsində Ə.Abbasovun ÇXR-in yüksək vəzifəli hökumət nümayəndələri, iri şirkətlərin rəhbərləri ilə görüşləri, forumun ümumi iclasında çıxışı və Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinə həsr olunmuş təqdimatı nəzərdə tutulub. Magistral Şərqi Avropa, MDB ölkələri, Türkiyə, İran və Mərkəzi Asiya ölkələrini birləşdirəcək, eləcə də bu regionda dünyanın yeni nəhəng transmilli informasiya şəbəkəsinin təşkil olunması üçün əlverişli şərait yaradacaq. TASİM-in dünyanın 20-dən çox ölkəsini əhatə edəcəyi nəzərdə tutulub. İki ildən bir keçirilən “Yay Davosu” Asiyanın dünyada yeni coğrafi, geoiqtisadi və geosiyasi üstünlüyünü əks etdirən, həmçinin bu regionun dinamik inkişaf edən şirkətlərini bir araya toplayan forumdur. İştirakçılar dünya iqtisadiyyatının yeni elmi-texniki nailiyyətlərin və ticarət modellərinin tətbiqi əsasında inkişaf etdirilməsi yollarını müzakirə edəcəklər. İclas sentyabrın 16-a qədər davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-4545.html