Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Monteneqro səfirinin etimadnaməsini qəbul edib
15.09.11 02:19

Prezident İlham Əliyev bu gün Monteneqronun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ramo Braliçin etimadnaməsini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, səfir fəxri qarovul dəstəsinin qarşısından keçərək etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı Azərbaycan ilə Monteneqro Respublikası arasında əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Dövlət başçısı səfir Ramo Braliçin ölkəmizdəki diplomatik fəaliyyətinin əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib. Azərbaycan ilə Monteneqro Respublikasının dost dövlətlər olduğunu vurğulayan səfir Ramo Braliç ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı potensialın mövcudluğunu qeyd edib. O, səfir kimi Azərbaycan ilə Monteneqro arasında ikitərəfli əlaqələrin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib.
URL / WWW
http://kelam.az/article/a-4543.html