Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » «Əl-Qaidə»nin yeni müraciəti
13.09.11 19:25

«Əl-Qaidə» terror təşkilatı 11 sentyabr hadisəsinin 10-cu ildönümündə yeni video yayıb. Videoda qrupun yeni lideri Ayman əl-Zəvahirinin və təşkilatın öldürülmüş lideri Üsamə bin-Ladenin indiyədək yayılmamış bəyanatı yer alıb. Video klip ekstremistlərin saytında yayılıb və oradakı bəyanatların hamısı hələ tərcümə edilməyib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Zəvahiri ərəb ölkələrində inqilab, əzabkeş adlandırdığı Ladenin ölümü və Qərbin tez bir zamanda süqutu məsələsinə toxunub: «Özündən razılıq Amerikanı qüvvətlənən islam cəmiyyəti ilə üzbəüz qaldığını etiraf etməyə mane olur». Təşkilatın yeni lideri Ladenə Əfqanıstanda Rusiyaya və ABŞ-a qarşı mübarizəsinə görə təşəkkür edib və bəyan edib ki, o, bu mübarizə yolunda qurban gedib. Əl-Zəvahiri bir sıra KİV-lərin «Əl-Qaidə»nin ərəb inqilablarını dəstəkləmədiyi barədə fikirlərini də yalan adlandırıb. Onun sözlərinə görə, bu inqilabları ABŞ-ın məğlubiyyəti də adlandırmaq olar.
URL / WWW
http://kelam.az/article/a-4541.html