Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İordaniyada ümummilli lider Heydər Əliyevin vəfatının altıncı ildönümü ilə əlaqədər anım mərasimi keçirilib
11.12.09 21:09

Ümummilli lider Heydər Əliyevin vəfatının altıncı ildönümü ilə əlaqədar Azərbaycanın İordaniyadakı səfirliyində anım mərasimi keçirilib. Azərbaycanın İordaniyadakı səfirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, mərasimdə İordaniyanın siyasi-iqtisadi dairələri, Əmman meriyası, yerli qəbilələrin və Qafqaz icmalarının nümayəndələri, habelə İordaniya-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin sədri, baş katibi və fəal üzvləri, yerli KİV-lərin, İordaniyada yaşayan Azərbaycan icmasının nümayəndələri, səfirliyin əməkdaşları iştirak ediblər. Səfirliyin mərasim salonunda Heydər Əliyevin həyat yolunu, dövlət başçısı kimi fəaliyyətini əks etdirən fotosərgi təşkil olunub, iştirakçılara ulu öndərə həsr edilmiş Azərbaycan, ərəb və ingilis dillərində kitablar təqdim edilib. Tədbirdə ümummilli liderinin həyat və fəaliyyətinə həsr olunan videokasetdən süjetlər nümayiş etdirilib. Mərasimdə səfir E.Araslı və İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin Baş katibi X.Həmşavi çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat veriblər. İordaniyanın ən nüfuzlu ərəbdilli “Ər-Rəy” qəzeti dekabrın 10-da çıxan sayında ulu öndərin anım gününə həsr edilmiş səfirlə müsahibəni dərc edib.
URL / WWW
http://kelam.az/article/a-454.html