Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Hər il dünyada 600 min nəfər passiv tütünçəkmədən həyatını dəyişir
13.09.11 19:25

Dünyanın bir çox ölkəsində, o cümlədən Avropa ölkələrində də Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasına tam əməl olunmur. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəsmisi Sevil Əsədova bildirib. O qeyd edib ki, konvensiyada tütündən azad zonanın yaradılması nəzərdə tutulub. “Konvensiyaya görə ictimai yerlərdə tütündən istifadə qadağan olunub. Çünki tütün tək ondan istifadə edənə yox, ətrafdakılara da zərrər verir. Buna passiv tütünçəkmə deyilir. Hər il dünyada 600 min nəfər passiv tütünçəkmədən həyatanı dəyişir” - deyə o vurğulayıb. S.Əsədova deyir ki, konvensiyada nəzərdə tutulan tütün məhsullarının reklam olunmasının qadağası Azərbaycanda həyata keçirilir. “Amma siqaretin tək-tək satılması düzdüz olmasa da, Azərbaycanda buna əməl edilmir” - deyə o, əlavə edib. S.Əsədovanın sözlərinə görə, ictimai yerlərdə tütündən istifadənin məhdudlaşdırılması ilə bağlı Milli Məclislə sıx əməkdaşlıq edilir və yaxın vaxtlarda bununla bagli müzakirələr aparılacaq. Qeyd edək ki, payızda Azərbaycan parlamentində “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.
URL / WWW
http://kelam.az/article/a-4539.html