Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Azərbaycanda səhiyyə sahəsində baş verən dəyişikliklər bizdə maraq oyadıb”
14.09.11 02:25

“Azərbaycanda səhiyyə sahəsində baş verən dəyişikliklər bizdə kifayət qədər maraq oyadıb. Buna görə də biz çox istəyirik ki, bu sahədə Azərbaycanla Rusiya arasında əlaqələr daha da genişləndirilsin”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ölkəmizdə səfərdə olan Rusiya səhiyyə və sosial inkişaf nazirinin müavini Veronika Stvartskova bildirib. O qeyd edib ki, sağlamlıq sahəsində əməkdaşlıq iki ölkənin xeyrinədir. “Rusiya Azərbaycanla özündə olan bütün müsbət nailiyyətləri bölüşməyə hazırdır. Səhiyyə barədə əməkdaşlığımızda ən vacib konsepsiyalardan biri qeyri-infeksion xəstəliklərlə mübarizə konsepsiyasıdır. Bu, ölümlərin və dünyada olan xəstəliklərin, əlilliyin əsas səbəbidir” - deyə V.Stvartskova vurğulayıb. O, həmçinin bildirib ki, Rusiya başqa ölkələrlə birlikdə ən aktiv konsepsiyanın hazırlanmasında iştirak edib və bu təcrübəni də Azərbaycanla bölüşməyə hazırdır. “Rusiyanın bu təcrübəsi Moskva deklorasiyası və Ümumdünya Səhiyyə Təşkilatının qətnaməsində öz əksini tapıb. Azərbaycandakı mütəxəssislər bununla çox yaxından tanışdırlar” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4538.html