Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ÜST: Qeyri-yoluxucu xəstəliklərlə bağlı problemləri həll etmək üçün 30 trilyon dollar lazım olacaq
13.09.11 19:25

Qeyri-yoluxucu xəstəliklərlə bağlı problemləri həll etmək üçün növbəti 20 ildə daha çox 30 trilyon dollar lazım olacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru xanım Margaret Chan bildirib. Onun sözlərinə görə, bu bahalı xəstəliyin tamamilə məhv edilməsi üçün bütün iqtisadi mənfəətləri səfərbər etməklə bütün xəstələr üçün müalicə işini təmin edərək həyat şəraitini dəyişmək lazımdır. “Bu baxımdan “Sağlamlıq 2020” Fəaliyyət Planını xüsusi diqqətə layiqdir” - deyə ÜST baş direktoru vurğulayıb.Azərbaycan haqqında danışarkən M.Chan son 5 il ərzində ölkəmizin fəal həyatına qoyulan investisiyaların əhəmiyyətindən danışıb. “Xəstəxana binalarının yenidən qurulması və yoluxucu xəstəliklərlə bağlı qoyulan investisiyaların Azərbaycan rəhbərliyinin daim diqqətində olması sevindirici haldır. Siz bütün insanların sağlamlığının təmini barədə öhdəlik götürmüsünüz. Çalışırsınız ki, bütün region inkişaf etsin. Siz iqtisadi çətinliklər, cəmiyyətin qocalması kimi problemləri həll etmək istəyirsiniz. Siz istəyirsiniz ki, Azərbaycan səhiyyəsi insanların müalicəsi üçün daha açıq olsun” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4537.html