Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanla Pakistanın hərbi əməkdaşlığı müzakirə olunub
13.09.11 19:25

Bu gün müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Pakistanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakarı qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, təyinatı münasibətilə səfiri təbrik edən müdafiə naziri müxtəlif sahələrdə Azərbaycanla Pakistanın sıx əlaqələrini diqqətə çatdırıb, qeyd edib ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olan Pakistanla əməkdaşlıq bu gün də yüksək səviyyədə davam edir: “Ölkələrimiz arasında hərbi əməkdaşlıq sahəsində də uğurlar əldə edilib”. Görüş zamanı regionda vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb. Pakistanın səfiri öz dövlətinin mövqeyini ifadə edərək bildirib ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistanla heç bir əlaqəyə malik deyillər.
URL / WWW
http://kelam.az/article/a-4533.html