Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » BMT Baş Assambleyasının 66-cı sessiyasının açılış mərasimi keçiriləcək
14.09.11 00:25

Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 66-cı sessiyasının açılış mərasimi keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, sessiyaya qətərli diplomat Naser Abdel Əziz ən-Naser sədr seçilib. Yeni sessiya çərçivəsində 21-27 sentyabr tarixlərində ümumi siyasi diskussiyalar aparılacaq. 66-cı sessiyanın gündəliyinə 168 məsələ daxil edilib. Gündəlikdə “Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair” və “”GUAM ərazilərində həlli uzadılmış münaqişələr və onların bütün dünyada sülh, təhlükəsizlik və inkişafa təsiri” məsələləri də yer alıb. Hər iki məsələnin sessiya çərçivəsində dekabrın 12-də müzakirəsi gözlənilir.Xatırladaq ki, bu gün artıq BMT Baş Assambleyasının 65-ci sessiyası başa çatıb. Baş Assambleyanın sədri, İsveçrənin sabiq prezidenti Yozef Days ötən sessiya dövrünün əsas hadisələri sırasında Haitidə böhranın həllinə həsr olunmuş plenar iclası, Minilliyin İnkişaf Məqsədlərinə həsr olunmuş sammiti, Liviyanın BMT İnsan Haqları Şurasından çıxarılmasını, Cənubi Sudanın yeni dövlət kimi BMT-yə üzv qəbul olunmasını qeyd edib. BMT Baş Assambleyası 65-ci sessiya dövründə 160-dan çox məsələni müzakirə edib.
URL / WWW
http://kelam.az/article/a-4531.html