Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Xaqani Şirvaninin 810 illiyi ərəfəsində həyat və yaradıcılığı haqqında seminar keçirildi
12.12.09 03:09

Bu gün Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Xaqani Şirvaninin 810 illiyi ərəfəsində həyat və yaradıcılığı haqqında seminar keçirildi. KƏLAMİNFO xəbər verir ki, seminarda çıxış edən mədəniyyət və turizim nazirinin müavini Ədalət Vəliyev Bakının 2009-cı il İslam Mədəniyyət Paytaxtı olunmasının yekunu ilə bağlı ilin sonuna kimi Nizami Gəncəvi və digər ədəbiyyatçılarımızın da həyat və yaradıcılığı haqqında tədbirlər keçiriləcəyini bildirdi. Nazir müvini Xaqani Şirvanini Azərbaycan ədəbiyyatında ən parlaq, ən qüdrətli nümayəndələrindən biri olduğunu vurğuladı. Tədbirdə akademik Bəkir Nəbiyev Xaqani Şirvanin klassik Şərq poeziyasının bütün janrlarında yüksək sənətkarlıq nümunələri yaratmış şair olduğunu bildirdi. O, Xaqani yaradıcılığının Qərbi Avropa, Rusiya, Türkiyə, Hindistan və digər ölkələrin alimləri tərəfindən hələ də öyrənildiyini vurğuladı.İSESKO-nun Tehran ofisinin rəhbəri Hasan Firdovsi isə çıxışı zamanı Xaqani Şirvaninin həyat və yaradıcılığı haqqına məlumat verdi. Qeyd edək ki, 1126-cı ildə Şirvanda anadan olan Xaqani Şirvani 1199-cu ildə Təbrizdə vəfat edib.
URL / WWW
http://kelam.az/article/a-453.html