Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » 2014-cü ildən qəbul imtahanları yeni modellə aparılacaq
12.09.11 20:56

“2014-cü ildən qəbul imtahanları yeni modelə əsasən tətbiq ediləcək”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə TQDK-nın sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə əsasən, bu barədə geniş müzakirələr aparılır və daha ətraflı məlumat müzakirələr bitəndən sonra mətbuata açıqlanacaq. “Onu nəzərə çatdıra bilərəm ki, 2014-cü ildən gənclərin açıq testlə işləməsi daha geniş tətbiq olunacaq. Abituriyentlərin biliyini yoxlayan testdən əlavə başqa tipli suallar da tərtib ediləcək” - deyə Məleykə Abbaszadə qeyd edib. O, həmçinin əlavə edib ki, həmin sualların öhdəsindən gəlmək üçün təkcə 10-11-ci siniflərdə repetitor yanına getmək kifayət deyil. Belə ki, 5-6-cı siniflərdə keçirilən, yeni metodikaya əsaslanan dərsliklərin, test kitabçalarının həll edilməsi, şagirdlərin lap başlanğıcdan bunlara hazırlaşması həmin çətin sualların öhdəsindən gəlməyə yardım edə bilər.
URL / WWW
http://kelam.az/article/a-4528.html