Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Dillər Universitetində yeni ixtisaslar açıldı
12.09.11 20:56

Cari tədris ilində Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində bakalavr pilləsi üzrə iki yeni - Yaponşünaslıq və Ərəbşünaslıq ixtisasları açılıb. “KƏLAMİNFO”ya universitetin mətbuat xidmətindən verilən məlumata görə, magistr pilləsi üzrə isə üç yeni - Müqayisəli dilçilik, Koreya dili - tərcümə, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodologiyası və metodikası ixtisasları tələbələrin seçim ixtiyarına verilib. 10 nəfər tələbə Yaponşünaslıq, eyni sayda tələbə isə Ərəbşünaslıq ixtisası üzrə Dillər universitetində təhsil alacaq. Tələbələr təhsillərini Boloniya prosesinin tələblərinə uyğun olaraq kredit sistemi üzrə alacaq və öz sahələri üzrə peşəkarlaşacaqlar. Tələbələrin gələcəkdə ölkə daxilində və xaricdə ixtisasartırma kursları və mübadilə proqramlarında iştirakı da nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-4527.html