Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Azərbaycanda rezidenturaya sənəd qəbulu başlayıb
12.09.11 20:56

Azərbaycanda rezidenturaya sənəd qəbulu başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə verib. TQDK sədri bildirib ki, rezidenturaya qəbul olmaq hüququna baza ali tibb təhsili olan Azərbaycan vətəndaşları malikdirlər. Onun sözlərinə görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər rezidenturaya qəbul ola bilməzlər. M.Abbaszadə deyib ki, namizədlər ərizələrini təsdiq etdirmək üçün bu gündən sentyabrın 19-dək (şənbə və bazar istisna olmaqla) saat 9-dan 17-dək, sentyabrın 20-də isə səhər saat 10-dək müvafiq Sənəd Qəbulu Komissiyasına TQDK-nın ödəmə kartını və tələb olunana sənədləri şəxsən təqdim etməlidirlər. “Qəbul imtahanı test üsulu ilə 2 mərhələdə aparılacaq. Birinci mərhələdə namizədin baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə fənlər üzrə bilikləri yoxlanılacaq” - deyə TQDK sədri qeyd edib. O, qəbul imtahanlarının Bakı şəhərində keçiriləcəyini söyləyib: “1-ci mərhələnin imtahanı sentyabrın 24-nə, ikinci mərhələnin imtahanı isə sentyabrın 25-nə təyin olunub”. Bildirib ki, namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Müsabiqə baza və ixtisas fənlərindən toplanan balların cəminə əsasən aparılacaq. Müsabiqədə iştirak etmək üçün namizədlərin baza fənləri üzrə imtahanda topladığı test balı 30-dan, ixtisas fənləri üzrə topladığı test balı isə 40-dan az olmamalıdır.
URL / WWW
http://kelam.az/article/a-4526.html