Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Abituriyentlərə sual kitabçasını özüylə aparmağa qadağa qoyulacaq
13.09.11 01:56

“Rezidenturaya namizədlik verənlərə imtahandan sonra sual kitabçaları paylanılmayacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbasova deyib. Onun sözlərinə əsasən, bu il rezidenturaya qəbul ilk dəfə keçirildiyindən suallar TQDK-nın rəsmi saytında yerləşdiriləcək, növbəti illərdən isə nə internet, nə də sual kitabçası vasitəsilə suallar namizədlərə paylanmayacaq. “Sualların tərtibi bizə baha başa gəlir. Həmin suallar ola bilsin ki, növbəti imtahanlara da salınsın. Bu baxımdan sual kitabçaları rezidenturaya imtahan verənlərə də paylanılmayacaq” - deyə o, əlavə edib. TQDK sədri bildirib ki, bundan öncəki illərdə sual kitabçasının paylanması aşkarlığı təmin etmək məqsədi güdürdü. “Lakin bundan sonra hətta bakalavr pilləsinə qəbul imtahanı zamanı da abituriyentlərə sual kitabçasını özüylə aparmağa qadağa qoyulacaq”.
URL / WWW
http://kelam.az/article/a-4524.html