Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Obama: “ABŞ heç vaxt islam və ya digər dinə qarşı müharibə etməyəcək”
12.09.11 20:56

ABŞ prezidenti Barak Obama son 10 ildə amerikalıların terrorla mübarizədə böyük qətiyyət nümayiş etdirdiyini vurğulayıb. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, o, ABŞ-ın heç vaxt islam və ya digər dinə qarşı müharibə etməyəcəyini də qeyd edib: «Son 10 il bizim üçün azadlığın nə demək olduğunu bir daha təsdiq etdi. Heç şübhəsiz, biz ABŞ-ı hədələyənləri hər zaman diqqətdə saxlayırıq. Ölkənin müdafiəsilə bağlı xalq arasında narahatlıqlar var. Son 10 ildə sülh və müharibə, təhlükəsizlik və vətəndaş azadlıqları haqqında qızğın mübahisələrin şahidi olmuşuq. Ancaq bu mübahisələri dəyərlərimizə xələl gətirməyən və demokratik yolla həll etmək bacarığımız ABŞ xalqının nə qədər güclü olduğunu sübut edir».
URL / WWW
http://kelam.az/article/a-4520.html