Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Fikrət Sadıxov: “Ciddi diplomatlar “Wikileaks əhvalatları” ilə məşğul olmur”
12.09.11 20:56

“Bir vaxtlar “Wikileaks”in ilk məlumatları dərc olunanda ABŞ Dövlət Departamenti özü bunu təkzib etmişdi, pisləmişdi və bəyan etmişdi ki, yayılanlar həqiqətə uyğun deyil. Belə təəssürat yaranır ki, ya Dövlət Departamentinə, ya da ABŞ-ın hansısa qurumunda hansısa dairələr belə məlumatların yayılmasında maraqlıdır. Bu maraq hansısa dövlətləri üz-üzə qoymaq, onlar arasında uçurum yaratmaq, ziddiyyətli məlumatları dərc edib bu dövlətlər arasında münasibətlərin pisləşməsinə gətirib çıxarmaq, beləliklə də bu vəziyyətdən istifadə edərək prosesi idarə etmək üçündür”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib.Politoloqun fikrincə, istənilən diplomat öz ölkəsinə baş verənlərlə bağlı müəyyən analitik arayışlar verir və belə yazışmalar ölkələrin daxili və xarici siyasətilə bağlı olur. “Amma kimlərinsə fərdi münasibətlərinə bağlı yayılan informasiyalara gəldikdə isə mənə belə gəlir ki, ciddi diplomatlar belə şeylərlə məşğul olmur. ABŞ kimi dövlətlərin səlahiyyətli nümayəndələri belə işlərlə- “Wikileaks əhvalatları” ilə məşğul olmamalıdır. Bu, reallıqdan uzaq məlumatlardır” - deyə F.Sadıxov vurğulayıb. Ekspert deyir ki, ciddi, özünə hörmət edən, yüksək səviyyəli diplomatik nümayəndəlik belə əsassız yazılarla heç vaxt məşğul olmur. “Bir məsələ də var ki, “Wikileaks” rəhbəri Julian Assanj indiyə qədər həbs olunmayıb. Ona qarşı müxtəlif ittihamlar irəli sürülsə də, hələ də azadlıqdadır. ABŞ kimi dövlət indiyə kimi onu nə həbs edə bilib, nə də guya Cinayət Məcəlləsinin hansısa maddəsilə məsuliyyətə cəlb edə bilir. Bu da çox təəccüblü görünür. Nəhayət, belə tip sənədlərin və kütləvi həə bir Assanj qruplaşmasına verilməsi də təəccübüdür. Özünün deməsinə görə, Assanjda yüz minlərlə belə diplomatik sənəd var. Bu tip sənədlər Dövlət Departamentindən bunun əlinə necə keçə bilər? Burada suallar və müəmmalı məqamlar çoxdur” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4517.html