Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » SAM-ın eksperti Vaşinqtonda keçiriləcək konfransda əsas məruzəçi qismində iştirak edəcək
12.09.11 20:56

Sentyabrın 15-də Vaşinqtonda, Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində (CSİS) “Cənubi Qafqaz ölkələrinin müstəqilliyinin iyirmi illiyi. Nailiyyətlər və təhdidlər” mövzusunda konfrans keçiriləcək. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Rəşad Kərimov tədbirə qatılaraq “Müstəqilliyin 20 ili: Mövcud nəticələr Azərbaycan təcrübəsində” mövzusunda məruzə ilə çıxış edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya SAM-dan veriblər. Cənubi Qafqaz regionun geosiyasəti, Dağlıq Qarabağ və digər regional münaqişələr, ABŞ-ın Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq məsələləri konfransda müzakirə olunacaq.Konfransda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin, “Heritage” Fondunun Rusiya, Avrasiya və beynəlxalq energetika siyasəti problemləri üzrə aparıcı eksperti Ariel Koen, Con Hopkins Universitetinin Orta Asiya-Qafqaz institutunun direktoru Svante Kornell və digər siyasətçilər və ekspertlərin iştirakı nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-4515.html