Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Mehriban Əliyeva: Azərbaycan səhiyyə sahəsində bir çox nailiyyət qazanıb
13.09.11 02:56

“Ümidvaram ki, Azərbaycanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyası səhiyyə üçün taleyüklü sənədlərin qəbulu ilə nəticələnəcək və XXI əsrdə Avropa ölkələrinin səhiyyə sahəsindəki yeni siyasətinin formalaşdırılmasına öz müsbət təsirini göstərəcək”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva sessiyaya göndərdiyi təbrik məktubunda bildirib. O qeyd edib ki, ötən illərdə Azərbaycan səhiyyəsi böyük bir inkişaf yolu keçərək tibb müəssisələrinin maddi-texniki bazasının əsaslı surətdə yeniləndirilməsi, müasir tələblərə cavab verən yeni səhiyyə ocaqlarının yaradılması və özəl sektorun qurulması istiqamətində bir çox nailiyyət qazanıb. “Effektiv həyata keçirilən müxtəlif dövlət proqramları çərçivəsində yoluxucu xəstəliklərin, şəkərli diabet, hemofiliya və ümumən insanların sağlamlığı ilə bağlı digər problemlərin aradan qaldırılması üçün xeyli iş görülüb. Əminəm ki, üçüncü minilliyin inkişaf məqsədlərinə nail olmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının ardıcıl həyata keçirdiyi siyasət bundan sonra da ölkələrimizdə mövcud potensialın səfərbər olunmasına və səhiyyənin inkişafına müxtəlif vasitələrlə, o cümlədən Avropa Regional Komitəsinin uğurlu işi ilə xidmət edəcək” - deyə M.Əliyeva vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-4511.html