Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyasında iştirak edib
13.09.11 03:56

Bu gün Bakıda, “Gülüstan” sarayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyev sessiyanın açılışında iştirak edib. Tədbirdə ÜST-nin baş direktoru Marqaret Çen, 53 ölkənin səhiyyə nazirləri, bir çox nüfuzlu beynəlxalq təşkilatın rəhbərləri və Azərbaycanın tibb mütəxəssisləri iştirak edirlər. Sessiyanın icraçı sədri Jozep Kasals, Avropa Regional bürosunun direktoru xanım Jujanna Yakab cıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıq ediblər, səhiyyənin aktual problemləri ilə bağlı strategiya və planların qəbul ediləcəyini və mühüm qərarlar veriləcəyini bildiriblər. Sonra sessiyanın sədri və digər vəzifəli şəxsləri seçilib. Səhiyyə naziri Oqtay Şirəliyev 61-ci sessiyanın sədri seçilib. O.Şirəliyev məruzə ilə çıxış edib. Sonra sessiyanın gündəliyi təsdiq olunub. Daha sonra prezident İlham Əliyev sessiyada nitq söyləyib. Dövlət başçısı tədbir iştirakçıları ilə görüşüb. Nazir Oqtay Şirəliyev Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın tədbir iştirakçılarına təbrik məktubunu oxuyub. ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyasının keçirilməsində əsas məqsəd Avropa regionunda sağlamlığın yaxşılaşdırılmasına və səhiyyənin inkişafına kömək göstərməkdir. Sessiyada qeyri-yoluxucu xəstəliklər, alkoqol, HİV/QİÇS, vərəm və antibiotiklərdən düzgün istifadə, tibbin son nailiyyətləri barədə məruzələr dinləniləcək və qərarlar veriləcək. Sentyabrın 15-dək davam edəcək sessiyada region sakinlərinin sağlam həyat tərzi ilə bağlı 2020-ci ilədək dövrü əhatə edəcək proqram qəbul olunacaq. Sessiya çərçivəsində bir çox sənədin imzalanması da gözlənilir. Tədbir müvafiq məruzələrin dinlənilməsi ilə davam edir.
URL / WWW
http://kelam.az/article/a-4510.html