Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » MDB və Şərqi Avropa ölkələri arasında ən az cinayət hadisəsi baş verən ölkə Azərbaycandır
09.09.11 23:45

MDB, həmçinin Şərqi Avropa ölkələri arasında əhalinin hər 100 min nəfərinə düşən cinayətin sayına görə ən az cinayət hadisəsi baş verən ölkə Azərbaycandır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı daxili işlər nazirinin müavini Oruc Zalov söyləyib. O.Zalov qeyd edib ki, ölkəmizə gələn turistlər, ayrı-ayrı qonaqlar, rəsmilər də Azərbaycandakı ictimai-sabitlik faktını görüşlərdə, tədbirlərdə vurğulayırlar. “Bu gün Bakı şəhərində gecə saat 3-4-ə kimi insanlar ayrı-ayrı parklarda rahat şəkildə dincəlirlər. İstəyirik ki, vətəndaşlarımız öz hüquqlarını bilsin və əmin olsunlar ki, polis daim onların, həmçinin ölkəmizə gələn qonaqların təhlükəsizliyini qoruyub və bundan sonra da qoruyacaq”.
URL / WWW
http://kelam.az/article/a-4507.html