Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » 16 yaşına çatan vətəndaşların 99 faizi şəxsiyyət vəsiqəsilə təmin edilib
09.09.11 19:45

“Ötən seçkilər zamanı şəxsiyyət vəsiqələri ilə bağlı müəyyən problemlər ortaya çıxıb. Məsələn, elə vətəndaşlar var ki, vaxtında vəsiqələrini dəyişdirməmişdi. Ancaq buna baxmayaraq, seçki dövrünə qədər vəsiqəsini dəyişdirə bilməyən şəxslərə seçkidə iştirak etmək üçün şərait yaradılır. Vətəndaşlar bilməlidir ki, 25, 35, 50 yaş tamam olandan sonra şəxsiyyət vəsiqələri dəyişdirilməlidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı daxili işlər nazirinin müavini Oruc Zalov söyləyib.Nazir müavini xatırladıb ki, bu problemi həll etmək üçün nazir tərəfindən xüsusi tapşırıq verilib: “Yerlərdə şəxsiyyət vəsiqələrinin sürətli dəyişdirilməsi üçün işlər görülür. Polis orqanları maksimum səviyyədə çalışır ki, 16 yaşına çatan bütün vətəndaşlar şəxsiyyət vəsiqəsilə təmin edilsin. Hazırda bu məsələ demək olar ki, həll edilmək üzrədir” deyən O.Zalov bildirib ki, bu məsələ nəzarətdə saxlanılır. O, hazırda 16 yaşına çatan vətəndaşların 99 faizinin şəxsiyyət vəsiqəsilə təmin edildiyini qeyd edib. “Güman edirəm ki, növbəti seçkilərdə bu problemlə qarşılaşmayacağıq”.
URL / WWW
http://kelam.az/article/a-4503.html