Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ATƏT-in Minsk qrupunun həmsədrləri hesabat veriblər
09.09.11 19:45

ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik dekabr ayında Vilnüsdə keçiriləcək ATƏT-in Nazirlər Şurasından əvvəl fəaliyyət planını müzakirə etmək və əlaqələndirmək üçün sentyabrın 7-də Vyanada görüşüblər. “KƏLAMİNFO” xəbər verir ki, həmsədrlər Minsk qrupunu Erməinstan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun hər üç həmsədr ölkəsinin nümayəndələri ilə yüksəksəviyyəli müntəzəm danışıqlar barədə məlumatlandırıblar. Eyni zamanda, onlar atəşkəs rejiminin möhkəmləndirilməsi və hərtərəfli sülh sazişi üçün əsas kimi baza prinsiplərinin qəbulu ilə bağlı konkret səyləri təqdim ediblər. Həmsədrlər sülh prosesinin bu və ya digər aspektlərinin gələcək müzakirəsi üçün sentyabrın 8-də ATƏT-in baş katibi Lamberto Zanyerlə görüşüblər.
URL / WWW
http://kelam.az/article/a-4502.html