Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Oruc Zalov: Ötən seçkilərdə xoşagəlməyən hallara az rast gəlinib
10.09.11 01:36

Ötən ilki parlament seçkiləri ərəfəsində Azərbaycanda namizədlər tərəfindən 1600 görüş, piket keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Oruc Zalov deyib. Nazir müavininin sözlərinə əsasən, bunların 1500-ü müvafiq orqanlarla razılaşdırılmış mitinq olub. “Polis bu piketlər zamanı asayişin keşiyində dayanıb, xoşagəlməyən halların qarşısının alınması üçün profilaktik tədbirlər görüb” - deyə o, əlavə edib. O. Zalovun sözlərinə görə, həmin il xoşagəlməyən hallara az rast gəlinib. O qeyd edib ki, ötən ilki parlament seçkiləriylə bağlı beynəlxalq təşkilatlar tərəfindən respublikaya irad tutulmayıb. “Keçmiş təcrübələr imkan verir ki, bunları gələcəkdə olan bütün seçkilərdə tətbiq edək”.
URL / WWW
http://kelam.az/article/a-4501.html