Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Əhmədov ABŞ səfirliyinin siyasət şöbəsinin müdirini qəbul edib
10.09.11 02:36

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasət şöbəsinin müdiri Antoni Bayirdi qəbul edib. YAP-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Görüş iştirakçıları ölkələrimiz arasında hazırkı əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, münasibətlərin daha da dərinləşməsində və inkişafında maraqlı olduqlarını ifadə ediblər. YAP icra katibinin müavini Siyavuş Novruzov görüşdə iştirak edib.
URL / WWW
http://kelam.az/article/a-4499.html