Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Beynəlxalq Pestisidlər Assosiasiyası: “Biz Azərbaycandakı QHT-lə əməkdaşlığa hazırıq”
09.09.11 19:36

Üzvi kimyəvi tullantıların (pestisidlərin) məhv edilməsi ilə bağlı layihələr üzərində işləmək üçün Azərbaycanda QHT-lərin kifayət qədər maarifləndirilməsinə ehtiyac var. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində ölkəmizdə səfərdə olan Beynəlxalq Pestisidlər Assosiasiyasının Direktorlar Şurasının sədri Bram de Borst bildirib. O qeyd edib ki, Azərbaycanda bu sahədə fəaliyyət göstərən QHT-lərdə son zamanlar aktivlik müşahidə olunsa da, onlar kifayət qədər beynəlxalq təcrübədən yararlanmırlar. “Ümumiyyətlə, üzvi tullantıların məhv edilməsi çox mürəkkəb məsələdir və burada mütləq beynəlxalq təcrübəyə əsaslanmaq lazımdır. Biz Azərbaycandakı QHT-lər ilə əməkdaşlığa hazırıq” - deyə B.Brost vurğulayıb. Assosiasiya rəsmisi onu da bildirib ki, əksər ölkələrdə tullantıların təkrar emalına maraq artsa da, beynəlxalq konvensiyalarla üzvi kimyəvi tullantıların təkrar emalı qadağan olunub. “Bu gün bəzi QHT-lər bu qadağanın aradan qaldırılması təşəbbüsünü irəli sürürlər, lakin anlamaq lazımdır ki, bu cür tullantıların təkrar emalı çox təhlükəlidir” - deyə o, əlavə edib. Qeyd edək ki, hazırda Qəbələdə 11-ci Beynəlxalq Pestisidlər Forumu keçirilir.
URL / WWW
http://kelam.az/article/a-4498.html