Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Türkiyə prezidenti Rusiyaya gəlib
08.09.11 19:33

Bu gün Türkiyə prezidenti Abdulla Gül Rusiya dövlət başçısı Dmitri Medvedyevin qonağı olaraq Rusiyaya gəlib. «KƏLAMİNFO» RIA «Novosti»yə istinadən xəbər verir ki, Abdulla Gül Qlobal Siyasət Forumunda qonaq olaraq çıxış edəcək. Rusiyanın Yaroslavl şəhərində keçirilən foruma hər il bir və ya iki dövlət adamı şərəf qonağı olaraq dəvət edilir. Abdulla Gül forumun sessiyasının sonunda iştirakçılara müraciət edəcək. Türkiyə prezidentinin səfər çərçivəsində Medvedyevlə iki ölkə arasındakı əlaqələr, regional məsələlər, o cümlədən Dağlıq Qarabağ problemi ilə bağlı da müzakirələr aparması planlaşdırılır.
URL / WWW
http://kelam.az/article/a-4488.html