Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Qeydiyyatdan keçməyən 764 radioelektron vasitə aşkarlanıb
08.09.11 19:33

Bu ilin 8 ayı ərzində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən iş planına və quruma daxil olmuş göstəriş və müraciətlərə əsasən 480 təşkilat, müəssisə və şirkətdə istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilib, müvafiq qaydada aktlar tərtib edilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya RİTN-dən veriblər. Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 764 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanıb. Onlardan 274 ədədi qeydiyyata salınıb, 305 ədədi möhürlənib, 27 ədədi silinib, 158 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür. Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 70 protokol yazılıb, müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
URL / WWW
http://kelam.az/article/a-4486.html