Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Elmira Süleymanova evlərin sökülməsindən danışdı
08.09.11 19:33

Ombudsman Aparatına mülkiyyət hüququ, xüsusən də evlərin dağıdılması ilə bağlı şikayətlər daxil olur. “KƏLAMİNFO”nun məlumatına görə, bu fikirləri ombudsman Elmira Süleymanova söyləyib. Onun sözlərinə görə, ölkə rəhbərinin çoxdan tikilən evlərin sənədləşdirilməsi ilə bağlı göstərişi olmasına baxmayaraq, evlərin sökülməsini vətəndaşın əlində həmin evin sənədinin olmaması ilə izah edirlər. Məsələ ilə bağlı konflikti dərinləşdirən digər bir səbəb isə bir gecənin içində əraziyə 200 daş tökərək sıx-sıx evlərin tikilməsidir. Evlərin dağıdıldığı ərazidə elə adamlar da var ki, onların illərdir yaşadıqları evləri böyük quruculuq işləri ilə bağlı sökülüb. Məsələnin qaldırlmasında əsas məqsəd evləri dağıdılan əhalinin mülkiyyət hüququnu qoruyaraq, onlara adekvat şəkildə kompensasiya verilməsini və qəfil icra işlərinə başlayaraq insanları psixoloji stressə salmamaq üçün əvvəlcə vətəndaşların məsələ ilə bağlı xəbərdar edilməsini təmin etməkdir. Elmira Süleymanovanın fikrincə, əgər məmurlar tərəfindən aparılan iş qayda-qanunlara riayət edilməklə həyata keçirilsə, əhali arasında da bu dərəcədə narazılıq yaranmaz.
URL / WWW
http://kelam.az/article/a-4485.html