Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Avropalı mütəxəssislərin tullantılarla bağlı Azərbaycana təklifləri var
08.09.11 19:33

Cənubi Qafqazda, o cümlədən də Azərbaycanda təsərrüfat və sənaye tullantılarının, eyni zamanda üzvi kimyəvi tullantıların artmasının qarşısının alınması üçün kifayət qədər şərait var. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında Qəbələdə səfərdə olan Mərkəzi və Şərqi Avropa ölkələri üzrə Bərk və Təhlükəli üzvi kimyəvi tullantıların idarə olunması üzrə Mərkəzin sədri İvan Holoubek bildirib. O qeyd edib ki, buna Azərbaycanın əlverişli təbii şəraiti də əsas verir. “Bununla bağlı Azərbaycana bizim təkliflərimiz də var. Təkliflərdə ilk növbədə nəzərdə tutulub ki, Azərbaycanda sənaye tullantılarının idarə olunması üçün xüsusi yerlər ayrılsın və əmələ gələn tullantılar təkrar emal və yaxud məhv edilsin.Bu kimi yerlərin ayrılması üçün bizdə yeni texnologiyalara əsaslanan müvafiq layihələr var. Bundan başqa, təsərrüfat və sənaye müəssisələrində, ümumiyyətlə, cəmiyyətdə insanları maarifləndirmək lazımdır. İnsanlar dərk etməlidir ki tullantılara idarəolunmaz yanaşma onlar üçün fəsadlarla nəticələnə bilər”-deyə İ.Holoubek vurğulayıb. O bildirib ki, rəhbərlik etdiyi qurum bu istiqamətdə bu və ya digər məsələlərlə bağlı istər hazırda Qəbələdə keçirilən forum çərçivəsində, istər digər vaxtlarda azərbaycanlı mütəxəssislərlə geniş müzakirələr aparır. “Ümidvaram ki yaxın zamanda tullantıların idarə olunması sahəsində Azərbaycan inkişaf etmiş ölkələrə çatacaq, çünki Azərbaycanın bununla bağlı imkanları çoxdur. 90-cı illərdə tullantılarla bağlı vətənim Çexiya bu problemlərlə üzləşmişdi, lakin inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edərək bu problemi artıq arxada qoyub” - deyə o, əlavə edib. Xatırladaq ki Qəbələdə üzvi kimyəvi tullantıların – pestisidlərin idarə olunması üzrə beynəlxalq forum keçirilir.
URL / WWW
http://kelam.az/article/a-4483.html